Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Rafale” firmasının vitse-prezidenti Yuval Miller məlumat yayıb.
Məlumata görə, memorandumun imzalanmasında məqsəd “Rafale”nin istehsal etdiyi SPICE bombalarının bazara çıxarılmasında əməkdaşlıq etməkdir.
“SPICE aparıcı hava-yer silah sistemidir. O, ABŞ-a və “Lockheed Martin”in platformalarından istifadə edən digər beynəlxalq müştərilərə təklif olunacaq. Hər iki şirkət bu sistemlərin ABŞ standartlarına uyğunlaşdırılması üçün birlikdə işləyəcək”, - deyə Miller bildirib.
Ağalar Ağalarlı
Ordu.az