Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sınaqlar olduqca uğurlu yekunlaşıb və oktyabr ayında sözügedən təyyarələrin çatdırılmasına başlanacaq.
“Uğurlu sınaqlardan sonra təyyarələrin çatdırılmaya hazır olduqları aydın oldu. ABŞ HHQ bu ilin oktyabr ayında ilk təyyarəni qəbul edəcək”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 2019-cu ilin aprel ayına qədər ABŞ HHQ-yə ümumilikdə 17 ədəd KC-46 aviatankeri çatdırılmalıdır.
Ağalar Ağalarlı
Ordu.az