Türk qırıcısı dünya səhnəsinə çıxır

2018/07/DiEPtkrWkAANNXi-1140x570_1531745975.jpg
Oxunub: 3085     22:33     14 İyul 2018    
Türkiyə müdafiə sənayesinin istehsalı olan “Hürjet” qırıcısının təqdimatı İngiltərədə baş tutacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat istehsalçı TÜSAŞ şirkəti tərəfindən bildirilib.

Qeyd olunub ki, qırıcının prototip versiyasının istehsalı hələlik tam yekunlaşmasa da, artıq onun təqdimat zamanı və yeri müəyyənləşdirilib.

Bildirilir ki, 2023-cü ildə istehsalı yekunlaşacaq təyyarənin ilkin qrafik təqdimatı 16-22 iyul tarixlərində İngiltərədə keçiriləcək aviasiya sərgisində ediləcək.

Qeyd edək ki, 13,4 metr uzunluğunda, qanadları da daxil omaqla 11 metr genişliyində və 4 metr hündürlüyündə olacaq qırıcı Türkiyə HHQ daxilində təlim məqsədilə istifadə ediləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hürjet  


Bizi "telegram"da izləyin