Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, senatorlar buna səbəb kimi Rusiya kəşfiyyat zabitlərindən daha 12 nəfərin ABŞ-dakı sonuncu prezident seçkilərinə müdaxilə etməkdə günahlandırılmasını göstərirlər.
“Rusiya gələcəkdəki seçkilərə müdaxilə etməyəcəyini sübut edəcək önəmli və şəffaf addımlar atana qədər Tramp Putinlə görüşünü ləğv etməlidir”, - deyə senator Şumer bildirib.
Onlar, həmçinin, bu görüşün NATO sammitindən dərhal sonra həyata keçirilməsinin məqsədəuyğun olmadığı fikrini də irəli sürürlər.
Ağalar Ağalarlı
Ordu.az