"İran qələbəyə daha da yaxınlaşır" - İranlı general

2018/07/_20180714_160052_1531569678.jpg
Oxunub: 655     13:51     14 İyul 2018    
“İran xalqı oyaq olmalı və aparılan bu psixoloji müharibədə üstünlüyümüzü davam etdirməlidir”

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Quru Qoşunlarının komandiri general Əbdülrəhim Musəvi səsləndirib.

O qeyd edib ki, hər ötən gün İranı qalibiyyətə, düşmənlərini isə məğlubiyyətə bir addım daha yaxınlaşdırır.

“İran hərbi güc olaraq o qədər sürətlə inkişaf edir ki, çox qısa zamanda heç kim bu gücün qarşısında dayanmağa cürət etməyəcək. Bunu qarşı tərəf də başa düşür. Bilir ki, hər ötən gün onları məğlubiyyətə, bizi isə qalibiyyətə daha da yaxınlaşdırır. Lakin əlindən heç bir şey gəlməyən İsrail və havadarları buna cavab kimi sadəcə olaraq İran xalqına psixoloji təzyiqlər göstərməyə çalışır. Media vasitəsilə edilən təzyiqlərdə elə bir abu-hava yaradılır ki, sanki İran çətin vəziyyətdədir. Bu oyunlara qarşı xalqımız oyaq olmalı və hərbi sahədə əldə etdiyimiz bu üstünlüyü, psixoloji müharibədə də əldən verməməliyik”, - deyə general bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   İsrail  

Xəbər lenti

"İran qələbəyə daha da yaxınlaşır" - İranlı general

2018/07/_20180714_160052_1531569678.jpg
Oxunub: 656     13:51     14 İyul 2018    