Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinə məxsus 2 ədəd Tu-95MS strateji bombardmançısı Yapon dənizinin neytral sularında müntəzəm uçuşlar həyata keçirib. Uzaq mənzilli bu təyyarələr Su-35C çoxməqsədli qırıcı təyyarələr tərəfindən müşayiət olunub”, - deyə Nazirliyin məlumatında qeyd olunub.
Bu təyyarlərin uçuşu zamanı Cənubi Koreya HHQ-yə məxsus F-15 və F-16, Yaponiya HHQ-yə məxsus F-2A təyyarələrinin onları izlədiyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az