Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti raketlərin satışına dair Xarici Hərbi Satışı təsdiqləyib.
Məlumata görə, raketlərin satışına dair Britaniya HHQ və “Raytheon” arasında 650 milyon dollar dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, AIM-120 raketi 4200 dəfə sınaq atışında, 10 dəfə isə hava-hava döyüşündə istifadə olunub. Ona sadəcə ABŞ, Avstraliya və Kanadanın arsenalında rast gəlmək mümkündür.
Ağalar Ağalarlı
Ordu.az