Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu ilki forumda əvvəlkilərə nisbətdə daha çox yeniliklər olacaq.
Belə ki, 2016-cı ildəki forumda 500-ə qədər, ötən il isə 650-ə qədər yeni hərbi silah-sursat və texnika təqdim edilmişdi. Bu il isə bu rəqəm daha da artırılaraq 750-ə çatdırılıb.
Qeyd edək ki, “Army-2018” hərbi-texniki forumu 21-26 avqust tarixlərində Moskvadakı “Kubinka” aviabazasında təşkil olunacaq.
Dəyanət Ağalarlı
Ordu.az