İsrail Suriyaya məxsus daha bir PUA-nı vurub

2018/07/Без-названия-(2)_1531486927.jpg
Oxunub: 558     20:54     13 İyul 2018    
Suriyaya məxsus pilotsuz uçuş aparatı bir neçə dəqiqə öncə İsrail sərhədlərini pozub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat İsrail Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün yerli vaxtla 15:15-də Suriya Hərbi Hava Qüvvələrinə məxsus PUA Təbəriyyə gölü yaxınlığında İsrailin sərhədlərini pozub.

Təl-Əviv qarşı tərəfə dronu geri çəkməsi ilə bağlı xəbərdarlıq edib. Suriyadan tələblərə cavab gəlmədiyini görən İsrail HHQ 16 dəqiqə sonra uçuş aparıtını raket zərbəsi ilə vurub.

Qeyd edək ki, bu, son 3 gün ərzində yaşanan ikinci belə haldır. 2 gün öncə də bənzər hadisə yaşanmış, nəticədə İsrail əvvəlcə Suriyaya məxsus sərhədi pozan başqa bir dronu vurub, daha sonra isə qarşı tərəfin sərhədə yaxın bölgələrdə yerləşən 3 hərbi bazasını bombalayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Suriya   PUA  

İsrail Suriyaya məxsus daha bir PUA-nı vurub

2018/07/Без-названия-(2)_1531486927.jpg
Oxunub: 559     20:54     13 İyul 2018    