Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Ukrayna müdafiə Nazirliyindən bildirilib.
Bildirilir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 25-ci alayı ilə ABŞ-ın Aralıq dənizindəki donanması Krım yarımadası yaxınlığında artilleriya atəşi təlimləri keçirir.
Dəniz piyadalarının sahilə çıxarılması və burada şərti düşmənə qarşı mübarizə aparması ilə bağlı taktiki təlimlər keçirilir.
Qeyd edək ki, təlimlər 2 gün davam edəcək.
Dəyanət Ağalarlı
Ordu.az