Hindistan Çinə görə yeni hərbi korpusunun açılması qərarını ləğv edib

2018/07/Indian-Army-644x362_1531480222.jpg
Oxunub: 229     15:09     13 İyul 2018    
Hindistan ordusu maliyyə məsələlərini səbəb göstərərək Dağ Əməliyyat Korpusunun formalaşdırılması qərarını ləğv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar Hindistan hökumətinin Təhlükəsizlik komitəsi tərəfindən qəbul edilib.

Səbəbin maliyyə məsələləri olduğu göstərilsə də, ekspertlər bunun altında duran əsas səbəbin Çinlə münasibətləri korlamamaq istəyi olduğunu bildirirlər.

Qeyd edək ki, Hindistan yeni hərbi korpusun formalaşdırılmasına dair qərarı 5 il bundan öncə qəbul edib. Qərara əsasən Çinlə sərhəddə yerləşən dağlıq bölgələri əhatə edəcək korpusda 90 min hərbçi qulluq edəcək.

Ekspertlər son dövrlərdə iki ölkə arasında münasibətlərin xeyli dərəcədə yaxşılaşması ilə buna ehtiyacın qalmadığını bildirirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Çin  

Xəbər lenti

Hindistan Çinə görə yeni hərbi korpusunun açılması qərarını ləğv edib

2018/07/Indian-Army-644x362_1531480222.jpg
Oxunub: 232     15:09     13 İyul 2018    