Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatların mərkəzində ölkənin Kayseri bölgəsi yer alıb.
Əməliyyatlar FETÖ terror qruplaşması ilə əlaqədə olduğu ehtimal edilən ehtiyatda olan ordu üzvlərinə qarşı aparılıb.
Nəticədə ordunun keçmiş üzvlərindən şübhəli şəxs kimi müəyyən edilən 24 nəfərdən 15-i nəzarət altına alınıb. Digərlərinin axtarışı davam edir.
Dəyanət Ağalarlı
Ordu.az