Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 16 iyun tarixində Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq sammit çərçivəsində Lavrov və Pompeo bir araya gələrək hər iki tərəfi maraqlandıran məsələləri müzakirə edəcək.
Müzakirələrdə əsas mövzuların Ukrayna və Suriya böhranları olacağı bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az