Ordu.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə İraq və Suriyada İŞİD-in məğlubiyyətinin daimiliyini təmin etmək üzrə bundan sonra da birgə tədbirlərin görülməsinə razılıq verilib.
Bundan başqa, nazirlər İraq tərəfindən azad edilən ərazilərdə stabilliyin dəstəklənməsi proqramına 500 milyon dollar vəsait ayrılmasını yüksək qiymətləndiriblər.
Suriyadakı döyüşlərə də toxunan tərəflər burada İŞİD-dən təmizlənmiş bölgələrin inkişafı və mühafizəsi üçün əlavə dəstək verilməsi yollarını müzakirə ediblər.
Qeyd edək ki, koalisiya üzvləri İŞİD-ə qarşı mübarizə səylərinin daha yaxşı koordinasiyasını təmin etmək məqsədilə müntəzəm olaraq görüş keçirirlər. Onların iyunda Mərakeşdə baş tutan sonuncu görüşündə Suriyanın şimal bölgələrinin stabilləşdirilməsi proqramına 90 milyon dollar vəsait ayrılmasına qərar verilib.
Ağalar Ağalarlı
Ordu.az