Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar ölkənin Nanqarhar, Kunar, Pərvan, Qəzni, Badqiş, Uruzqan, Hilmənd, Əhməd-Aba, Zurmat və s. bölgələrində baş verib.
Əfqanıstan Müdafiə Nazirliyinin açıqladığı hesabatda qeyd olunub ki, sadəcə Əhməd-Aba və Zurmat bölgələrində baş verən irimiqyaslı qarşıdurmalarda 81 “Taliban” yaraqlısı məhv edilib. Eyni zamanda ordunun 8 üzvü həlak olub.
Digər bölgələrdəki qarşıdurmalar zamanı isə 118 qiyamçı zərərsizləşdirilsə də, ordu qüvvələri 50-dən çox itki verib.
Qeyd olunub ki, ümumilikdə son 24 saat ərzində 199 “Taliban” üzvü öldürülüb, 200-dən çoxu yaralanıb. Zərərsizləşdirilən qiyamçılar arasında qruplaşma üçün əhəmiyyətli bir neçə şəxs də var. Həmçinin ordunun bu qarşıdurmalarda 70-ə qədər üzvü həlak olub, daha 50-yə qədəri isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az