Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Avto və Zirehli Vasitələr İdarəsinin sabiq sədri general-polkovnik Sergey Mayev bildirib.
Sovet və Almaniya qoşunları arasında baş vermiş "Proxorovka" döyüşünün 75-ci ildönümü ilə əlaqədar qatıldığı mərasimdə jurnalistlərin suallarını cavablayan Mayev “Armata”ların daha 25-30 il istifadəyə uyğun olduğunu vurğulayıb.
“Bir çox prototip hazırda təkmilləşdirmə proqramının yekun mərhələsindədir. Bunlara “Armata”, “Kurqanets-25”, “Bumeranq” platformalarını misal çəkmək olar. Onlar 25-30 ildən çox istifadə edilə biləcəklər. İstifadə müddətləri başa çatdıqda isə onları yeni fiziki prinsiplər əsasında ərsəyə gələn zirehli vasitələr əvəzləyəcək”, - deyə Mayev qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az