Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Müstəşarlığı məlumat yayıb.
“Xan” 470 kiloqram yüksək partlayıcı gücə malik döyüş başlığı olan artilleriya raket sistemidir. O, düşmənin şəxsi heyətinin toplanma məntəqələrini, zirehli vasitələrini, komanda məntəqələrini və digər vacib hədəflərini məhv etmək məqsədilə hazırlanıb.
Sistemin müxtəlif platformalara uyğun olduğu bildirilir. Bunlara Belarusun MZKT-7909, Türkiyənin 8x8 Taktiki Təkərli Vasitəsi və s. daxildir. “Xan” ilk dəfə ötən ilin fevralında baş tutan sərgidə nümayiş etdirilib.
Ağalar Ağalarlı
Ordu.az