Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, sammitin ikinci günündə NATO liderləri NATO üzvü olmayan partnyor dövlətlərin liderlərini qəbul edəcəklər.
Bu liderlər arasında Əfqanıstan prezidenti Əşrəf Qani də var. Bugünkü görüşdə əsasən alyansın Əfqanıstandakı strategiyasının və Əfqanıstanın təhlükəsizliyi istiqamətində bundan sonra görüləcək işlərin müzakirə edilməsi planlaşdırılır.
Görüşdən əvvəl jurnalistlərin suallarını cavablayan Stoltenberq bildirib ki, o, NATO liderlərinin Əfqanıstan qüvvələrinə edilən yardımın 2020-ci ildən sonra da davam etdirilməsinə razılıq verəcəklərini düşünür.
Ağalar Ağalarlı
Ordu.az