Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Polşanın Müdafiə naziri Mariusz Blasçak bəyan edib.
O bildirib ki, NATO-nun “Dörd Otuzlar” Avropa Hazırlıq Təşəbbüsü çox əhəmiyyətli layihədir və böhranlı vəziyyətə effektiv cavabın verilməsinə zəmanət xarakteri daşıyır.
“Buna görə də, biz müttəfiqlərimizi dəstəkləməkdə aktivlik göstəririk çünki, onlardan həmrəylik gözləyirik”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, NATO-nun sözügedən planına əsasən alyans 2020-ci ilə qədər 30 qoşun batalyonu, 30 aviaeskadrilya və 30 döyüş gəmisinin 30 gün və ya daha az müddət ərzində döyüşə hazır vəziyyətə gətirilməsi imkanına malik olmalıdır.
Ağalar Ağalarlı
Ordu.az