Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qiyamçılara yaxın mənbə məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, husilər Yəmənin Aqabah dağlarındakı Mədrəş kəndi yaxınlığında yerləşmiş Səudiyyə hərbçiləri üzərinə "Katyuşa" raketləri endiriblər.
Mənbənin bildirdiyi məlumata əsasən, hücum nəticəsində 2 Səudiyyə hərbçisi həlak olub.
Dəyanət Ağalarlı
Ordu.az