Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın prezidenti Mun Çje İn bildirib.
Onun sözlərinə görə, hər iki dövlət ABŞ qüvvələrinin Cənubi Koreyadakı mövcudluğunun Koreya yarımdasında sülh və stabillik baxımından əhəmiyyətli olduğunu anlayır. Buna görə də həmin qüvvələr yarımadanın nüvəsizləşdirilməsindən sonra da bölgədəki mövcudluğunu davam etdirəcək.
Mun bildirib ki, birgə hərbi təlimlərin dayandırılmasında məqsəd nüvəsizləşməyə razılıq verən Şimali Koreya ilə davam edən dialoq mühitinə zərər verməməkdir.
Ağalar Ağalarlı
Ordu.az