Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, məsələ ilə bağlı beşinci görüş gələn həftə baş tutacaq.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, 10-cu Xüsusi Tədbirlər Sazişinin beşinci sessiyası gələn həftənin çərşənbə və cümə ertəsi günləri ABŞ-ın Sietl şəhərində keçiriləcək.
Qeyd edək ki, hazırda ABŞ-ın Cənubi Koreyada 28500 əsgəri var. Son olaraq 2014-cü ildə qəbul edilən şərtlərə əsasən Cənubi Koreya həmin qüvvələrin saxlanılması üçün illik 850 milyon dollar ödəyir, lakin ABŞ bu məbləğin kifayət etmədiyini düşünür.
Ağalar Ağalarlı
Ordu.az