Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onun görüşdüyü şəxslər arasında ABŞ prezidenti Donald Tramp, Yunanıstan Baş naziri Aleksis Tsipras, Macarıstan Baş naziri Viktor Orban və NATO-nun Baş katibi Yens Stoltenberq də var.
O, həmin görüşlərdə Türkiyənin üzləşdiyi təhdidləri, xüsusilə terror təhlükəsini müzakirə edib və Türkiyənin sərhədlərinin həm də NATO-nun sərhədləri olduğunu vurğulayıb.
Liderlər terrorla mübarizədə Türkiyəyə dəstəklərini ifadə ediblər. Günün yekununa dair qəbul edilən bəyannamədə də Türkiyənin cənub sərhədlərinin müdafiə olunmasının zəruriliyi vurğulanıb.
Ağalar Ağalarlı
Ordu.az