Ukrayna ordusunun həyata keçirdiyi hərbi təlim zamanı baş verən qəza nəticəsində ordunun 3 əsgəri həlak olub, 9-u isə yaralanıb.
Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, taktiki təlimlər zamanı şübhəli şəkildə minaatan partlayıb. Hadisə Ukraynanın qərbində baş verib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ukrayna
Təlim
Qəza