Ordu.az “Politico”ya istinadən xəbər verir ki, Stoltenberq 2018-ci ilin sonuna qədər daha çox üzvün 2% tələbini qarşılayacağını deyir.
Onun sözlərinə görə, əgər 2014-cü ildə sadəcə üç üzv bu tələbə uyğun idisə, bu ilin sonuna qədər bu rəqəm artıq 8 olacaq.
NATO-nun ən son məlumatlarına görə, hazırda 6 dövlətin müdafiə xərci ÜDM-nin 2%-nə bərabərdir. Bunlar ABŞ, Birlşmiş Krallıq, Estoniya, Polşa, Rumıniya və Yunanıstandır.
Hərbi xərcləri ÜDM-nin 1,79%-nə bərabər olan Fransa bu hədəfə nail olmağa çox yaxındır. Lakin Litva və Latviyanın Parisdən qabağa düşərək, bu ilin sonuna qədər 2%-i ötüb keçəçəyi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az