Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya hökumət qüvvələri İordaniya ilə sərhəd Büsra Əl-Şam bölgəsində intensiv əməliyyatlar həyata keçirir.
Hücum nəticəsində bölgədəki üsyançı qüvvələrin mövqeyi olduqca daralıb. Son bir həftə ərzində ordu bölgənin 230 kvadrat-kilometrlik hissəsini üsyançılardan azad edib.
Nəticədə İordaniya ilə aradakı Nəssib sərhəd-keçid məntəqəsinə gedən yol açılmış olub
Dəyanət Ağalarlı
Ordu.az