Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.
Məsələ ilə bağlı çıxış edən polkovnik Dimitri Herasimenko bildirib ki, təlimlərdə iştirak edən şəxsi heyət Donbasda fəaliyyət göstərən Birləşdirilmiş Qüvvələr Əməliyyatı qoşunlarının üzvlərindən ibarətdir.
“Təlimlərdə ordu T-64B tanklarından və BMP-1 döyüş maşınlarından seçilmiş hədəflərə zərbələr endirib. 4-6 kilometr məsafədə təyin edilmiş bütün hədəflər tam dəqiqliklə vurulub”, - deyə Herasimenko bildirib.
Qeyd edək ki, bu təlimlərdə iştirak edən şəxsi heyət qarşıdakı günlərdə yenidən Donbasdakı Birləşdirilmiş Qüvvələr Əməliyyatı qoşunlarının tərkibinə qatılacaq.
Dəyanət Ağalarlı
Ordu.az