ABŞ diplomatı: "ABŞ qoşunları Almaniyada qalacaq"

2018/07/49849845146958489465_1530855434.jpg
Oxunub: 4396     13:37     06 İyul 2018    
ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Key Beyli Hutçison Almaniyadakı ABŞ qoşunlarının başqa yerə köçürülməsinin gündəmdə olmadığını bildirib.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, Hutçison bu qüvvələrin ABŞ və alyansın təhlükəsizlik strategiyasının tərkib hissəsi olduğunu vurğulayıb.

“Almaniyadakı qoşunların geri çağrılması, yaxud məkan dəyişdirilməsinə dair heç bir plan yoxdur. Ən azından mən bununla bağlı heç nə eşitməmişəm”, - deyə o, bildirib.

Qeyd edək ki, bu qoşunların çəkilməsinə dair söz-söhbət ABŞ-ın onların maliyyələşdirilməsinə dair hesabat hazırlamasından sonra meydana gəlib. Hazırda Almaniyada 35 min ABŞ əsgəri var. Tramp dəfələrlə bu qüvvələrin say çoxluğu və saxlanmasının baha başa gəlməsi barədə narahatlığını ifadə edib.

Lakin gələn həftə baş tutacaq sammit öncəsi bu şayiələrə son qoymaq istəyən Hutçison Pentaqonun belə bir çəkilmə, yaxud məkan dəyişdirmə planı olmadığını deməsilə NATO-nun avropalı üzvlərini bir qədər rahatlaşdırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Almaniya  


Bizi "telegram"da izləyin