Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Xəbərdə bildirilir ki, ordu Dera vilyatətinin mərkəzi olan eyni adlı şəhərin maksimum yaxınlığındadır.
Ötən gün keçirilən əməliyyatlar nəticəsində vilayət mərkəzindən öncəki son şəhər olan Əl-Naymah da ələ keçirilib.
Qeyd edək ki, bölgədə getdikcə nəzarəti itirən Azad Suriya Ordusu qüvvələrinin əsas hissəsi Deranın mərkəzinə toplanıb.
Dəyanət Ağalarlı
Ordu.az