Pentaqon və “Raytheon” arasında daha bir razılıq əldə edilib

2018/07/148714045846584_1530801210.jpg
Oxunub: 3263     01:51     06 İyul 2018    
“Raytheon” şirkəti ilə ABŞ arasında əldə edilən razılığa əsasən şirkət ABŞ Quru Qoşunlarının tərkibindəki “Stryker” sinfindən olan zirehli döyüş maşınlarının modernizasiyasını həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət zirehli piyada döyüş maşınlarını yüksək enerjili lazer sistemləri ilə təchiz edəcək.

Məsələ ilə bağlı şirkətdən verilən rəsmi açıqlamada qeyd olunub ki, ümumi dəyəri 10 milyon dollar olan müqavilə nəticəsində ordu spektral hədəfləmə sensorları, fiber-optik lazerlərə təchiz olunacaq.

Müqavilə ilə qərara alınmış işlər uğurla yekunlaşacağı təqdirdə əməkdaşlığın ikinci mərhələsi olaraq şirkət 130 milyon dollar qarşılığında bu sistemlərin daha da inkişaf etdirilməsi və müasir vəziyətdə saxlanılması ilə bağlı daha bir müqavilə imzalayacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Raytheon   Modernizasiya  


Bizi "telegram"da izləyin