Ordu.az “Kyiv Post”a istinadən xəbər verir ki, buna səbəblərdən biri də sammitdən bir neçə gün sonra baş tutacaq Tramp-Putin sammitidir.
NATO-nun sabiq Baş katibinin müavini Aleksandr Verşbou əsas məsələnin Donald Trampın necə davranacağı, hansı qərarlar verəcəyinin naməlum olaraq qalması olduğunu bildirir.
Alyansın keçmiş Baş katibi Andres Foq Rasmussen isə NATO-nun birlik, həmrəylik nümayiş etdirəcəyini düşünür: "Sammit ABŞ və alyansın geri qalanı arasındakı ayrılmanı aradan qaldıracaq. Əgər buna nail olunsa, bu, özlüyündə böyük uğur olar".
Digər tərəfdən Macarıstan dil qanunundan dolayı Ukraynanın qərbə inteqrasiyasına əngəllər çıxarmağa davam edir. Belə ki, qanuna görə, dövlət məktəblərində sadəcə Ukrayna dili öyrədilir. Macarıstan isə bunu Ukraynanın cənub-qərbində yaşayan 100 mindən çox etnik macara qarşı ayrı-seçkilik kimi görür.
Ağalar Ağalarlı
Ordu.az