Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlikdən rəsmi açıqlama ötən gün bildirilib.
Xəbərdə qeyd olunub ki, hazırda piyada döyüş maşını üzərində yekunlaşdırıcı işlər aparılır və ən qısa müddətdə maşının prototip versiyası hazır vəziyyətə gətiriləcək.
Açıqlamada bildirilib ki, maşının ilk istehsalı 2019-cu ildə ordunun xidmətinə veriləcək. 2019-2021-ci illərdə isə döyüş vasitəsinin kütləvi istehsalına başlanılması planlaşdırılır.
Qeyd edək ki, 125 mm zirehlə örtülü texnikanın istehsalına 2012-ci ildən başlanılıb.
Dəyanət Ağalarlı
Ordu.az