Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri təhlükəsizlik üzrə türkiyəli ekspert Can Unver səsləndirib.
Ankaranın “Lockheed Martin”dən F-35 stels qırıcılarını almaq istiqamətində addımları ilə bağlı şərh bildirən Unver Türkiyənin İsraildən həm iqtisadi, həm də geosiyasi olaraq ehtiyat etdiyini bildirib.
Xatırladaq ki, iyunun 29-da İsrail KİV-lərində İsrail müdafiə rəsmilərinin Türkiyəyə F-35-lərin verilməsindən dərin narahatlıq ifadə etdiklərinə dair xəbərlər yayılıb. Bu rəsmilər Türkiyənin artıq sadəcə sənəd üzərində NATO-nun üzvü kimi qaldığını bildirirlər.
Unverin sözlərinə görə, hazırda Türkiyə öz milli maraqlarından yola çıxaraq xarici siyasətində böyük qətiyyət və mübarizə ortaya qoyur. Bu isə ABŞ və digər qərb ölkələrində böyük narahatlıqlar doğurur. Bu səbəbdən dolayı Türkiyənin alyansdan çıxması artıq an məsələsidir.
Ağalar Ağalarlı
Ordu.az