Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, J-15 Rusiyanın dördüncü nəsil Su-33 iki mühərrikli qırıcılarının prototipi üzərində ərsəyə gətirilib.
Bu təyyarələr Çinin dövlət şirkəti “Aviation Industry Corporation”un qolu olan “Shenyang Aircraft Corporation” tərəfindən istehsal olunub.
33 ton yük qaldırma gücünə malik bu təyyarələr dünyanın fəaliyyətdə olan ən ağır aviadaşıyıcı təyyarəsidir. Onlar Çinin ilk aviadaşıyıcısı “Liaoning”də istifadə olunub.
Lakin həm son dövrlərdə onlarda çıxan çoxsaylı problemlərdən, həm də Çinin ən azı dörd aviadaşıyıcı qrupu formalaşdırmaq istəyindən dolayı hazırda J-15-lərin əvəzlənməsi məqsədilə yeni təyyarə təkmilləşdirilir. Ekspertlər FC-31 stels qırıcısının J-15-in əvəzlənməsində nümunə kimi istifadə edilə biləcəyini bildirirlər.
Ağalar Ağalarlı
Ordu.az