ABŞ hərbi təlimləri dayandırsa da KXDR-ə qarşı sanksiyalar davam edir

2018/06/345345_1529562503.jpg
Oxunub: 3307     14:16     21 İyun 2018    
İki ölkə arasında prezidentlər səviyyəsində keçirilən görüşdən sonra təlimlərin dayandırılması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq sanksiyalarla bağlı hələlik müsbət irəliləyiş nəzərə çarpmayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iki ölkə prezidenti arasında ötən həftə keçirilən görüşdə ABŞ və Cənubi Koreya başda olmaqla bir neçə tərəfdaş ölkənin Koreya yaxınlarında həyata keçirilən təlimlərin təxirə salınması ilə bağlı razılıq əldə edilib.

Hərbi məsələlər üzrə razılığın əldə edilməsinə baxmayaraq, ABŞ hələ də KXDR-ə tətbiq etdiyi iqtisadi sanksiyaları qaldırmayıb.

Bir çox siyasi ekspertlər bu addımın atılmamasında başlıca səbəb kimi tərəflər arasında mütləq güvənin olmamasını göstərirlər.

Qeyd edək ki, ABŞ-ın KXDR-ə tətbiq etdiyi sanksiyalar xarakterinə görə qırmızı zolaqda yer alır. Yəni istənilən idxal-ixrac münasibətləri kəskin şəkildə bloklanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin