Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Pakistan Seçki Komissiyasından bildirilib.
Açıqlamada qeyd olunub ki, hazırda ölkənin müxtəlif bölgələrində terror təhlükəsi mövcuddur.
“Şübhəsiz, bu təhlükə seçki günü daha da artacaq. Bunun üçün də ordunun təxminən 350 min hərbçisi fərqli bölgələrdə təhlükəsizliyin daha da artırılması üçün təlimatlandırılmalıdır”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, parlament seçkiləri bu ayın 25-i baş tutacaq.
Dəyanət Ağalarlı
Ordu.az