“BAE Systems” “USS Cole” esminesini modernizasiya edəcək

2018/06/34505995_2161086080790383_2993681304408555520_n_1528222239.jpg
Oxunub: 3532     02:17     06 İyun 2018    
“BAE Systems” ABŞ donanmasının “USS Cole” esminesini modernizasiya etmək məqsədilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqaviləni ABŞ Donanmasının Dəniz Sistemlər Komandanlığı bağlayıb. Onun dəyəri 36,6 milyon dollardır.

2019-cu ilin iyulunda başa çatması planlaşdırılan modernizasiya və təkmilləşdirmə işləri Norfolk tərsanəsində həyata keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   donamma   BAE-Systems  


Bizi "telegram"da izləyin