Qətər NATO-ya tam üzvlük istəyir

2018/06/45345_1528204029.jpg
Oxunub: 2627     21:05     05 İyun 2018    
Qətər Müdafiə naziri Xalid əl-Attiya ölkəsinin NATO-ya tam səlahiyyətli üzv kimi qəbul olmaq istəyini bəyan edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Qətərin əvvəlkindən tamamilə daha yaxşı olduğunu vurğulayıb.

“Qətər bu gün silahlanmanın keyfiyyəti baxımından regionun ən əhəmiyyətli ölkələrindən biridir”, - deyə o bildirib.

Nazir Doha ilə NATO arasındakı güclənən əməkdaşlığın vacibliyindən danışaraq əlavə edib ki, bu əməkdaşlıq Qətəri NATO-nun bölüklərindən birinə, yaxud ixtisaslaşmış mərkəzinə ev sahibi edə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   NATO  


Bizi "telegram"da izləyin