Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat yayan şirkətin vitse-prezidenti Karlo Zaffanella sınaqlarına Boston sahillərində baş tutduğunu bildirib.
Onun sözlərinə görə, “General Dynamics” və “Knifefish”in operatorlarının birlikdə həyata keçirdiyi sınaqların uğurlu nəticəsi vasitənin faydalılığını bir daha sübut edib.
Qeyd edək ki, sözügedən sistem ABŞ donanmasının dəniz mina əleyhinə tədbirləri üçün nəzərdə tutulub. O, sualtı minaları aşkarlamaq və növünü müəyyənləşdirmək imkanına malikdir.
Ağalar Ağalarlı
Ordu.az