Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun rəsmisi polkovnik Saleh Həsən bildirib.
Onun sözlərinə görə, ordu, polis və sərhəd qoşunlarından ibarət qüvvələr bu gündən etibarən İraq-Suriya sərhədində fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, 150-ci diviziyanın kəşfiyyatı hazırda Neynəvə vilayətinin sərhədə yaxın kəndlərində araşdırmalar aparır. Qoşunların yerləşdirilməsinin əsas məqsədi isə bu bölgələri İŞİD terrorçularından mühafizə etməkdir.
Ağalar Ağalarlı
Ordu.az