Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların Xarici İşlər naziri Mayk Pompeo səsləndirib.
Onun sözlərinə görə, son danışıqlarda sammitin baş tutmasına imkan verəcək uyğun şərtlərə doğru bəzi razılığa gəlinib və bu seriyalı görüşlər düzgün istiqamətdə davam edir.
Lakin Pompeo hələ də sammitin baş tutub-tutmayacağına dair dəqiq bir söz deyə bilməyəcəyini və bu gün Şimali Koreya nümayəndə heyətinin Vaşinqtona gələrək Trampa Kimin məktubunu təqdim edəcəyini əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az