Rusiya və NATO cari gərginliyin azaldılması yollarını müzakirə edib

2018/06/76576_1527837755.jpg
Oxunub: 3322     15:20     01 İyun 2018    
Rusiya və NATO-dan olan diplomatlar tərəflər arasında mövcud olan hazırkı yüksək gərginliyin azaldılmasına dair müzakirələr keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın NATO-dakı daimi missiyasının rəsmisi bildirib.

Rəsminin sözlərinə görə, danışıqlarda potensial təhlükəli aktların qarşısının alınması yollarından danışılıb. Danışıqlarda xüsusilə Ukrayndakı vəziyyət müzakirə edilib.

Müzakirə edilən digər məsələlər isə Avropadakı hərbi aktivliklər, hərbi strategiyanın asimmetrik metodları, hər iki tərəfin həyata keçirdiyi təlimlər olub.

Qeyd edək ki, Rusiya-NATO qarşılıqlı dialoqu 2014-cü ildə Ukraynada baş verən hadislərdən sonra dondurulsa da, 2017-ci ilin payızında yenidən başladılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin