Donbasda gərginlik davam edir: 3 əsgər yaralanıb

2018/06/345345_1527837423.jpg
Oxunub: 3968     15:15     01 İyun 2018    
Ukraynanın şərqindəki Donbas bölgəsində fəaliyyət göstərən separatçı qüvvələr son 24 saat ərzində atəşkəsi 26 dəfə pozub.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, atışma zamanı separatçılar yeddi dəfə ağrı silahlardan, 120 və 82 mm-lik minaatanlardan, 122mm-lik artilleriya sistemlərindən istifadə ediblər.

Bu gün yerli vaxta səhər 07:00-da yayılan bəyanatda gecə ərzində baş verən hücumlar nəticəsində Ukrayna qüvvələrindən 3 əsgərin yaralandığı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna   Yaralı  


Bizi "telegram"da izləyin