Mettis ABŞ-ın ASEAN regionundakı öhdəliklərini bir daha qəbul edib

2018/06/45646_1527835600.jpg
Oxunub: 3838     14:45     01 İyun 2018    
Birləşmiş Ştatlar Müdafiə naziri Ceyms Mettis Amerikanın Sinqapura səfəri zamanı Cənub-Şərqi Asiya regionundakı öhdəliklərini yenidən bəyan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Sinqapurda qatıldığı Şanqri-La dialoqunda danışıb.

Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur ki, Mettis ASEAN dövlətlərinin ABŞ-ın azad və açıq Hind-Sakit okean bölgəsi baxışında strateji rola sahib olduğunu vurğulayıb.

O, Birləşmiş Ştatların region dövlətləri ilə əlaqələrindəki öhdəliklərin bundan sonra da yerinə yetiriləcəyini bəyan edib.

Sinqapur Müdafiə naziri Nq Enq Hen Mettislə səhər yeməyində açar regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   ABŞ   ASEAN  


Bizi "telegram"da izləyin