Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Chosun Ilbo” nəşrinin yazısında qeyd olunub.
Nəşrin iddiasına görə, əldə etdiyi kəşfiyyat məlumatına görə, Şimal son bir həftə içində Kanqvun və Vonsan vilayətlərinin sahillərində canlı atəş təlimləri keçirib. Hətta təlimdə iştirak edən filotiliyanın tərkibi öncəkilərdən daha geniş olub.
Kiçik zəlzələlərə səbəb ola biləcək bir neçə partlayış təsbit olunub. Təlimlər KXDR, Cənubi Koreya və Birləşmiş Ştatlar arasında planlaşdırılan danışıqların öncəsinə təsadüf edir.
Ağalar Ağalarlı
Ordu.az