Əsəd Suriyadakı ABŞ qoşunlarına hücum xəbərdarlığı edib

2018/06/464865_1527832041.jpg
Oxunub: 2754     13:43     01 İyun 2018    
Suriya prezidenti Bəşər Əsəd ABŞ qoşunlarının ölkəni tərk etməsini və əks halda onların nəzarətində olan ərazilərə hücum ediləcəyini bildirib.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, Əsədin bu bəyanatında münasibət bildirən Pentaqon onu bu niyyətindən imtina etməyə çağırıb.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahı general-leytenant Kennez Makkenzi bildirib ki, Suriyadakı istənilən tərəf ABŞ qoşunlarına hücumun yanlış siyasət olacağını başa düşməlidir.

Əsəd Rusiyanın RT kanalına verdiyi müsahibəsində Suriyada 2 minə yaxın Amerika əsgərinin olduğunu təxmin etdiyini və onların istənilən halda ölkəni tərk etməli olduğunu bəyan edib.

Qeyd edək ki, Amerikanın hərbi müşavirləri və onların müttəfiq qüvvələri Suriyanın Deyr əz-Zor şəhərində və Fərat çayı vadisində fəaliyyət göstərirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Bəşər-Əsəd   ABŞ  


Bizi "telegram"da izləyin