Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumda “Həşd əl-Şəbi”nin artilleriya bölükləri iştirak edib. Hücum edilən hədəflərin pis hava şəraitindən istifadə edərək sərhədə yerləşdirilən qoşunlara hücum etməyi planlaşdırdığı bildirilib.
Xatırladaq ki, ötən həftə İraq Baş naziri Heydər əl-Abadi İraq ordusunun Suriya-İraq sərhədindən İŞİD terrorçularını təmizlədiyini və sərhədin təhlükəsizliyini təmin etdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az