“Ciddi təchizat nəzarəti Türkiyəni S-400 almağa şövq edə bilər” - ABŞ HHQ rəhbəri

2018/05/2508-Hizer-Uilson_1527775168.jpg
Oxunub: 2894     21:57     31 May 2018    
“Birləşmiş Ştatların Türkiyəyə qarşı ciddi silah təchizatı nəzarəti Ankaranı Rusiyadan S-400 zenit raket kompleksləri almağa şövq edə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Hizer Uilson bəyan edib.

“Birləşmiş Ştatlar daha yaxşı müttəfiq olmaq üçün nə etməli olduğunu anlamalı və dövlətlərlə bu mövqedən çıxış etməlidir”, - deyə Uilson bildirib.

O qeyd edib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri alması Ankaranın F-35 qırıcıları ilə təchizatına təsir göstərə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   S-400   F-35   Hizer-Uilson  


Bizi "telegram"da izləyin