Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Airbus”un mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə çərçivəsində şirkət NATO-nun yeni kommunikasiya infrastruktur layihəsinin ilk mərhələsi üçün bəzi xidmətlər təmin edəcək.
Sözügedən layihə NATO Baş Kommunikasiya Sisteminin əsas hissəsinin əvəzlənməsini nəzərdə tutur. Həmçinin NATO-nun komandanlıq strukturunda, mənzil-qərargahında və NATO-nun üzv dövlətlərdəki obyektlərində kommunikasiya şəbəkələri yenilənəcək.
Müqavilə ilə bağlı işlərin bu ilin dekabrında, layihənin özünün ilk mərhələsinin isə gələn ilin sonlarında başa çatması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az