Sabiq Mossad sədri: “Netanyahu 2011-ci ildə İran hücumuna hazır olmağı tapşırdı”

2018/05/5416874635_1527774701.jpg
Oxunub: 1948     01:15     01 İyun 2018    
İsrail Baş naziri Benyamin Netanyahu 2011-ci ildə ordunun İrana qarşı hücuma hazırlanmasına göstəriş verib.

Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrailin kəşfiyyat agentliyi Mossadın sabiq rəhbəri Tamir Pardo danışıb.

Onun sözlərinə görə, Netanyahu o zamanın Baş Qərargah rəisi Benni Qantzaya ordunu lazım olduğu halda 15 gün ərzində İrana hücum edə biləcək vəziyyətə hazırlamaq barədə göstəriş verib.

Bu hadisələr Netanyahu və 2011-ci ildə Müdafiə naziri olmuş Ehud Barakın İranın nüvə təsisatlarına zərbə imkanının getdikcə daha çətin hal almasından ehtiyatlandığı bir vaxta təsadüf edib. İsrail İranın nüvə silahları istehsalına çox yaxın olduğundan qorxurdu.

Pardo bildirib ki, göstərişi qəbul etdikdən sonra Baş nazirin ölkəni müharibəyə aparacaq addımlar atmaq üçün hüquqi səlahiyyətinin olmasını yoxlayıb və bu göstərişi yerinə yetirməkdənsə, istefa etməyi nəzərdən keçirib.

Ehud Barak isə həm özünün, həm də Netanyahunun 2010-2011-ci illərdə İrana hücum etməyi çox istədiklərini, lakin Baş Qərargah rəisi və Nazirlik kolleqaları tərəfindən buna imkan verilmədiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Mossad  


Bizi "telegram"da izləyin